2022 dissertasiya şurası

 

I.Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində fəaliyyət göstərən tarix üzrə elmlər doktoru və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən ED 2.20 Dissertasiya Şurasının 09 mart 2022-ci il tarixli iclasında (protokol 04)

İddiaçı Aidə Rəhim qızı Bağırovanın tarix üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün“İraqın xarici siyasəti beynəlxalq münasibətlər kontekstində (1970-2010-cu illər)”  mövzusunda  dissertasiya işinin müdafiəsi keçirilmişdir.

II.Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində fəaliyyət göstərən tarix üzrə elmlər doktoru və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən ED 2.20 Dissertasiya Şurasının 29 aprel 2022-ci il tarixli iclasında (protokol 05)

  1. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının dissertantı Şəbnəm Şaiq qızı Cəfərovanın 01 – “Ümumi tarix” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Türkiyə və Azərbaycanın ortaq milli maraqları kontekstində “erməni məsələsi”” mövzusunda və 
  2. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının doktorantı Yücel Cevdet oğlu Karauzun 01 – “Ümumi tarix” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Birinci Dünya müharibəsi illərində Azərbaycandakı türk əsirləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiələri keçirilmişdir.

III.Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində fəaliyyət göstərən tarix üzrə elmlər doktoru və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən ED 2.20 Dissertasiya Şurasının 2022-ci il 31 may tarixli iclasında (protokol 06)  

  1. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının doktorantı Elgün Söhbət oğlu Qəhrəmanovun 01 – “Ümumi tarix” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Türkiyə-Rusiya siyasi münasibətləri (1991-2013-cü illər)” mövzusunda və 
  2. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının doktorantı Nigar Kamil qızı Qaybaliyevanın 5503.02 – “Vətən tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiələrii keçirilmişdir. 
Əlaqə
AZ 1148, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 23, BDU, yeni saylı Tədris binası, 8-ci mərtəbə,
Tel.: (012) 5391068 Fax.: (+9942 12)598 33 76 info@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət