Beynəlxalq elmi əməkdaşlıq

 

Tarix fakültəsi Qazaxıstan Respublikasının L.Qumilyov adına Milli Avrasiya Universitetinin Sosial Elmlər Fakültəsi, Türkmənistan Dövlət Universiteti (TDU) ilə əməkdaşlıq edir.Bakı Dövlət Universitetinin Tarix fakültəsinin ünvanına Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetiindən elm-təhsil və mədəni sahədə əməkdaşlıq haqqında müqavilə forması göndərilmiş, bu sahədə danışıqlar aparmaq üçün əməli addımlar atmaq təklif edilmişdir. Hal-hazırda müqavilə bağlamaq üçün işlər gedir.31 may 2021-ci ildə Türkmənistan Dövlət Universitetinin (TDU) və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Махтумкули Фраги и духовно - культурные взаимосвязи между туркменским и азербайджанскими народами” (Mahtumquli Firaki və türkmən və azərbaycan xalqları arasında mədəni - mənəvi əlaqələr)  mövzusunda onlayn formatda universitetlərarası elmi konfrans keçirilmişdir. Türkmənistan Dövlət Universitetinin Elmi hissənin müdiri Murad Xodjakuliyevin moderatorluğu ilə keçirilən görüşdə Türkmən ədəbiyyatı kafedrasının müdiri, f.ü.f.d., dosent Amannepes Şixnepesov, Xarici ədəbiyyat kafedrasının müdiri f.ü.f.d., dosent Romanquli Mustaqov, Arxeologiya və etnoqrafiya kafedrasının baş müəllimi, t.ü.f.d. Bikə Divanqulıyeva, BDU-nun əməkdaşlarından Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Arxeologiya və etnoqrafiya kafedrasıının müəllimləri, t.e.d. Tarix Dostiyev, t.ü.f.d. Qanira Pirquliyeva iştirak etmişlər.Tarix fakültəsinin
  • Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası və Slavyan ölkələri tarixi kafedraları Jeşuva Universitetinin Tarix İnsitutu ilə əməkdaşlıq edir.
  • Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası Ukrayna,”Kiyev-Moqilyanska Akademiyası” Milli Universitetinin humanitar elmlər fakültəsi ilə əməkdaşlıq edir.
  • Qədim dünya və orta əsrlər tarixi kafedrası Varşava Universiteti Şərqşünaslıq Fakültəsinin Türkologiya və Mərkəzi Asiya Xalqları kafedrasının nəzdində fəaliyyət göstərən Azərbaycansünaslıq Mərkəzi ilə əməkdaşlıq edir.
  • Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Universiteti, postsovet məkanında beynəlxalq münasibətlər kafedrası, İsveç Uppsala Universiteti, ABŞ, Vaşinqton Universiteti, Türkiyə cümhuriyyəti Sakaqrya, Düzcə, Ağrı ilə Univesitetləri ilə əməkdaşlıq edir.
  • Asiya və Afrika ölkələri tarixi kafedrası Ankara Üniversitesi, TOBB ekonomi ve Teknoloji Üniversitesi, Gazi Üniversitesi, Hacı Bayram Veli Üniversitesi, Kahramanmaraş Sütçü İmam Üniversitesi, Ankara Yıldırım Beyazıt Üniversitesi, Hacettepe Üniversitesi, Ege Üniversitesi, Kapadokya Üniversitesi, Erzurum Atatürk Üniversiteti ilə əməkdaşlıq edir.
  • Türk xalqlarının tarixi kafedrası Türkiyənin Uludağ Universitetinin (Bursa) İqtisadi və İdari Bilimlər Fakültəsinin “Beynəlxalq münasibətlər” bölümü “Siyasi tarix” və Manisa Calal Bayar Universitetinin Fənn-Ədəbiyyat fakültəsinin Tarix bölümü Qədim dünya tarixi kafedrası ilə əməkdaşlığını uğurla davam etdirir.
  • "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının dosenti Sevinc Qasımova Türkiyədə türk və rus dillərində nəşr olunan "Akademik Tarih ve Düşünce Dergisi”nin redaktorlarından biri, “Sınırsız Eğitim ve Araştırma Derneyi”nin Elmi Cəmiyyətinin üzvüdür.
Əlaqə
AZ 1148, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 23, BDU, yeni saylı Tədris binası, 8-ci mərtəbə,
Tel.: (012) 5391068 Fax.: (+9942 12)598 33 76 info@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət