Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının 28 dekabr 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş, 21 yanvar 2019-cu il F-13 nömrəli, 15 mart 2021-cu il F-78 nömrəli, 28 yanvar 2022-ci il tarixli F-11 nömrəli, əmrləri ilə əlavə və dəyişikliklər edilmiş tarix üzrə elmlər doktoru və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən ED.2.20 Dissertasiya Şurası fəaliyyət göstərir. Dissertasiya Şurasının 14 nəfər üzvü var (hər iki ixtisas üzrə 7 nəfər olmaqla), onlardan 11 nəfəri elmlər doktoru (1 nəfər – AMEA-dan, 1 nəfər – ADPU-dan, 1 nəfər – SDU-dən, 1 nəfər – ARPİİYSSA-dən), 3 nəfər fəlsəfə doktorudur.