1919-cu ildə fəaliyyətə başlayan və Azərbaycanda ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin ilk iki fakültəsindən biri olan Tarix fakültəsi tarix ixtisası üzrə ölkənin ən mühüm elm və təhsil mərkəzlərindən biridir. Tarix fakültəsi, eyni zamanda Azərbaycan Respublikasının ali, ümumtəhsil və orta ixtisas məktəbləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanması ilə yanaşı, tarix elminin aktual problemlərinə dair elmi-tədqiqat işləri aparılması istiqamətində də fəaliyyət göstərir.
2021-ci ildə Covid-19 pandemiyası ilə mübarizə şəraitində yaranmış çətinliklərə baxmayaraq fakültənin bütün kafedralarında hesabat ili üçün nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin yerinə yetirilməsi sahəsində iş aparılmış, planlaşdırılmış bütün mövzuların yerinə yetirilməsi üçün yetərli fəaliyyət göstərilmişdir.
Dekan vəzifəsini tarix elmləri doktoru doktoru, professor İbrahim Zeynalov icra edir. Tarix fakültəsində 10 kafedra və 2 Elmi Tədqiqat Laboratoriyası, 1 mərkəz fəaliyyət göstərir.
2021-ci ildə Tarix fakültəsi bütün fəaliyyətini ilin əvvəlində tərtib olunmuş planda nəzərdə tutulan vəzifələrin həyata keçrilməsinə yönəltmişdir.
s/s |
kafedra |
Elmi-tədqiqat işinin adı |
1 |
Arxeologiya və etnoqrafiya kafedrası |
Azərbaycanda arxeoloji-etnoqrafik tədqiqatların müasir inkişaf perspektivləri |
2 |
Asiya və Afrika ölkələri tarixi kafedrası |
Müasir dövrdə Yaxın Şərq və Şərqi Asiya ölkələri beynəlxalq münasibətlərdə |
3 |
Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası |
Avropa və Amerika ölkələrinin yeni və müasir tarixinin,beynəlxalq münasibətlər tarixinin mühüm hadisələrinin tədqiqi |
4 |
Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası |
XIX əsrin ilk onilliklərindən XXI əsrin ilk onilliklərinədək Azərbaycan tarixinin əsas məsələləri |
5 |
Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası |
Ən qədim dövrlərdən XXI əsrin ilk onilliklərinədək Azərbaycan tarixinin əsas məsələləri |
6 |
Qafqaz xalqları tarixi kafedrası |
Müasir dövrdə Qafqazda yeni geosiyasi vəziyyətin tədqiqi |
7 |
Qədim dünya və orta əsrlər tarixi kafedrası |
Qədim Azərbaycanın Şərq ölkələri və antik dünya ilə əlaqələri (mövzunun davamı) Orta əsrlərdə Avropa ölkələrinin qarşılıqlı ticarət, siyasi və mədəni əlaqələrində Azərbaycanın yeri və rolu |