Tələbə Elmi Cəmiyyəti

 

 

BDU-nun Tarix fakültəsində hazırda     -dən yuxarı bakalavr,      nəfərə yaxın magistrant təhsil alır,   doktorant və  dissertant,  nəfər elmlər doktoru proqramları üzrə dissertasiya üzərində çalışır. 5 nəfər xarici ölkə vətəndaşı fəlsəfə doktoru ixtisası üzrə öz təhsillərini davam etdirir.  

Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır.

 

 

Fakültə TEC-in fəaliyyətinə aşağıdakılar daxildir:

  • Tələbələrin elmi fəaliyyətə marağının artırılması ilə bağlı tədbirlər 
  • Tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi, elmi dərnəklərin təşkili
  • Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmini

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27 iyun 2014-cü il tarixli, 752 saylı əmri ilə təsdiq edilmiş “Tələbə Elmi Cəmiyyəti haqqında nümunəvi Əsasnamə”yə görə fəaliyyət göstərən təşkilat könüllü olaraq, tələbələrin elmi araşdırmalara cəlb edilməsi, tələbələrlə müəllimlər arasında qarşılıqlı elmi əlaqələrin yaradılmasını, elmi-təşkilati tədbirlərin həyata keçirilməsində fakültə rəhbərliyinə köməklik edilməsi qarşıya məqsəd kimi qoymuşdur. Tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi, elmi yaradıcılığın təbliği, tələblərdə elmi metodların öyrənilməsinə stimul yaradılması, tədqiqatçılıq qabiliyyətlərinin artırılması kimi vəzifələrin həlli üçün cari tədris ilində fakültə TEC-in işi daha da güc­ləndirilmişdir. Elmi işə marağı olan tələbələr öz arzularına uyğun kafedralara təhkim olunmuşlar. Vaxtaşırı onların seminarlarda və elmi kon­franslarda məruzələri dinlənilir. Magistrantların beynəlxalq elmi konfranslarda iştirakına köməklik edilir. Hər il savadlı, elmi axtarışlara meyilli tələbələr cəmiyyət sıralarına qəbul olunurlar. Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun elmi-tədqiqat işi aparmaq üçün uyğun kafedralara yönləndirilirlər. Hazırda cəmiyyətin 100 nəfərdən çox üzvi var, onlardan 30 nəfəri müxtəlif kafedralarda elmi iş aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini I-III kurs tələbələri təşkil edir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir.

TEC mütəmadi olaraq tələbələrin elmi diskussiyaya cəlb edilməsində mühüm rol oynayan elmi seminarlar təşkil edir. Bu seminarlarda tələbələr elmi mövzular ətrafında fikir mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi məqalələrlə tanış olurlar.

Fakültə Tələbə Elmi Cəmiyyətinin heyəti:

Sədr – Məmmədov Nurəli

Sədr müavini – Əlizadə  Aydan 

Sədr müavini – Sadıqova Həlilə

Fakültə Tələbə Elmi Cəmiyyətinin idarə heyəti:

Vəliyeva Əfsanə

Əhmədov  Elcan

Hadiyev  Əkbər

Elvira Nuri

Həsənzadə Güllü

Bəkirov  Nizam

Qismətli Uğur

2021 - elmi seminarlar 

“İlkin düşüncələrin – Miflərin yaranmasının antropoloji əsasları” mövzusunda elmi seminar keçirilib.

“Antropologiya elminin aktual mövzuları” adlı elmi seminar keçirilib.

“Mart soyqırımından aprel qələbəsinə” mövzusunda elmi seminar keçirilib.

“Azərbaycanın dövlətçilik simvolları və Heydər Əliyev irsində ənənənələr və varislik” mövzusunda elmi seminar keçirilib.

“İstiqlal eşqilə” adlı elmi seminar keçirilib.

2022 -elmi seminarlar 

“Qarabağın mədəni irsi” adlı elmi seminar.

Əlaqə
AZ 1148, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 23, BDU, yeni saylı Tədris binası, 8-ci mərtəbə,
Tel.: (012) 5391068 Fax.: (+9942 12)598 33 76 info@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət