Həmidov Anar Bəşir oğlu
Bakı Dövlət Universitet, tarix fakültəsinin tutor
Tel: (+994 12) 5370486
QISA BİOQRAFİK MƏLUMAT
Həmidov Anar Bəşir oğlu 07 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1997-2008-ci illərdə Bakı şəhəri, Suraxanı rayonun B. Qulamoğlu adına 285 saylı tam orta məktəbdə təhsil almışdır.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏSİ
2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix ixtisasının bakalavr pilləsi üzrə təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.
2012-2013-cü illərdə Daxili Qoşunların N saylı hərbi hissəsində hərbi qulluqda olmuşdur.
2013-2015-ci illərdə Azərbaycanın yeni və ən yeni tarixi ixtisas üzrə magistr elmi adı qazanmışdır.
2015-ci il dekabr ayının 15-də BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının “Vətən tarixi” ixtisası üzrə əyani doktorantura pilləsinə qəbul olmuşdur.
2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Diplomatiya Akademiyasının birgə təşkil etdiyi “Tədqiqat metodları”na dair təlimdə iştirak edib. Təlimin sonunda “Tədqiqat metodları” fənninə dair məzun sertifikatı və Tədqiqat metodları” adlı kursun sertifikatı ilə təltif edilmişdir.
8 elmi məqalənin (1-i xaricdə olmaqla) müəllifidir.
TƏDQİQAT SAHƏSİ
“Azərbaycan SSR-də yüksək ixtisaslı mütəxəsislərin hazırlanması və kadr siyasəti (XX əsrin 70-80-ci illərin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası üzərində tədqiqat aparır.
ƏMƏK FƏALİYYƏTİ
2016-cı ildən BDU-nun Tarix fakültəsində əmək fəaliyyətinə başlamışdır.
BDU nəzdində təşkil olunmuş tyutor kursunu fərqlənmə sertifikatı ilə bitirib
2016-cı ildən Tarix fakültəsinin “B” kateqoriyalı, II dərəcəli tyutoru vəzifəsində çalışır.
Azərbaycan tarixi (humanitar fakültələr üzrə) və Qafqaz xalqları tarixi kafedrasında “Azərbaycan tarixi”, Regionşünaslıq (Amerikaşünaslıq, Qafqazşünaslıq, Antropologiya, Tarix, Tarix müəllimliyi) ixtisasında, Tarix ixtisası üzrə isə “Qafqaz tarixi” fənlərini saathesabı qaydada tədris edir.