QISA BİOQRAFİK MƏLUMAT
1954-ci il fevralın 5-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əyyublu kəndində anadan olmuşdur. 1961-1971-ci illərində həmin kənddə orta məktəbdə oxumuşdur. 1972-1974-cü illərdə hərbixidmətdə olmuşdur. Ehtiyatda olan zabitdir.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- 1980 Bakı Dövlət Universitetinin Tarix fakültəsi
- 1985 Bakı Dövlət Universitetinin aspiranturası
- 1986 Tarix elmləri namizədi elmi dərəcəsi. Dissertasiya işinin mövzusu: “Respublika xalq nəzarəti orqanlarının fəaliyyəti”
- 1999 Tarix elmləri doktoru elmi dərəcəsi. Dissertyasiya işinin mövzusu: “Azərbaycanın iqtisadi və sosial inkişafı (1970-1980-ci illər)”
- 2005 professor
ƏMƏK FƏALİYYƏTİ
- 1980-1982 Azərbaycanın Sabirabad rayonunun Xəlfəli kəndi tarix müəllimi.
- 1986 Bakı Dövlət Universitetinin Azərbaycan tarixi ( yeni və müasir dövr) kafedrasında müəllim
- 1988 Bakı Dövlət Universitetinin Azərbaycan tarixi ( yeni və müasir dövr) kafedrasında baş müəllim
- 1991 Bakı Dövlət Universitetinin Azərbaycan tarixi ( yeni və müasir dövr) kafedrasında dosent
- 1992-1994 Bakı Dövlət Universitetinin siyasi və tərbiyə işləri üzrə prorektoru
- 1996-2000 Bakı Dövlət Universitetinin aspirantura (doktorantura) və magistratura şöbəsinin müdiri
- 2000 Bakı Dövlət Universitetinin Azərbaycan tarixi ( yeni və müasir dövr) kafedrasında professor
- 1996-2015 Bakı Dövlət Universitetinin Elmi xəbərləri (humanitar elmlər seriyası) jurnalının məsul katibi.
- 2017 Bakı Dövlət Universitetinin Elmi xəbərlər (4 seriya) jurnalının redaktoru
- 2005-2019 Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Tarix və siyasi elmlər" üzrə ekspert şurasının üzvü.
- 2020 Tarix fakültəsinin nəzdində " Vətən tarixi" və " Ümumi tarixi" ixtisasları üzrə yaradılmış Dissertasiya Şurasının sədri.
- 2019 Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı (hal-hazıradək)
MÜKAFATLARI
- 1993 tarixçilərin 3-cü respublika elmi konfransında etdiyi elmi məruzəyə görə A. A. Bakıxanov adına diplomla və pul mükafat ilə təltif edilmişdir.
- 1994 mətbuatda uzun müddətli səmərəli əməkdaşlığına, elmi-publistik yaradıcılıq uğurlarına, vətən tarixi problemlərinə həsr olunmuş elmi əsərlərinə görə Respublika Ziyalılar Cəmiyyətinin və Azərbaycan Jurnalist Həmkarlar İttifaqı Rəyasət Heyətinin fəxri diplomu və pul mükafatı ilə
- 1999 yüksək ixtisaslı kadr hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və BDU-nun 80-illiyi münasibətilə fəxri fərmanla təltif olunub.
- 2019 "Əmək" ordeni
- 2019 Bakı Dövlət Universiteti 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı
TƏDQİQAT SAHƏSİ
Azərbaycan tarixinin XIX əsrin sonu XX əsrin II yarısında dövrüdür. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, XX əsrin ikinci yarısı və müasir dövrdə Azərbaycanın dövlət və sosial-iqtisadi inkişaf tarixinin problemləri, müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafı məsələlərinə xüsusi diqqət yetirir. II Qarabağ müharibəsi ilə bağlı məsələlərin araşdırılması. Qələbəni təmin edən analizlərlə bağlı məsələlər zəngin faktlar əsasında təhlil edilir və öyrənilir.
250-dən çox elmi əsərin, o cümlədən 200-dən çox elmi məqalənin 15-dən çox dərsiliyin, dərs vəsaitinin, 5 monoqrafiyanın, 5-dən çox fənn proqramının müəllifidir.
Əsərlərinin bir çox xarici ölkələrdə nəşr olunub. (İsveç, Türkiyə və s.)