Dissertasiya Şurasına işləri daxil olmuş 27 nəfər iddiaçıdan 1 nəfər müdafiə etmişdir, 2 nəfərin müdafiə tarixi müəyyən olunmuşdur. Növbədə 24 nəfər var. Onlardan 1 nəfər öz xahişi ilə dissertasiya işini geri götürüb, 4 nəfərin dissertasiya işi ixtisas şifrəsi uyğun gəlmədiyi üçün AMEA-nın nəzdində DŞ-na göndərilib, 9 nəfərin dissertasiya işi Elmi seminardan keçib müdafiəyə təqdim olunmuşdur. 2 nəfər xarici ölkə vətəndaşıdır (Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası).
9 mart 2022-ci ildə Bakı Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dissertantı Aidə Rəhim qızı Bağırovanın 5502.01. – “Ümumi tarix” ixtisasında tarix üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İraqın xarici siyasəti beynəlxalq münasibətlər kontekstində (1970-2010-cu illər)” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrasının dissertantı Şəbnəm Şaiq qızı Cəfərovanın 5502.01. – “Ümumi tarix” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Türkiyə və Azərbaycanın ortaq milli maraqları kontekstində “erməni məsələsi”” mövzusunda təqdim etdiyi dissertasiya işinə rəsmi opponentlərin təyin edilmişdir: Dissertasiya Şurasının üzvü, tarix üzrə elmlər doktoru, professor Şirxan Dadaş Oğlu Səlimov (Sumqayıt Dövlət Universiteti), tarix üzrə fəlsəfə doktoru Mehman Sənan oğlu Ağayev (Azərbaycan Dövlət Pedaqoji Universiteti), tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Ələkbər oğlu Talıblı (AMEA-nın Şərqşünaslıq İnsititutu).
Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının doktorantı Yücel Cevdet oğlu Karauzun 5502.01. – “Ümumi tarix” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Birinci Dünya müharibəsi illərində Azərbaycandakı türk əsirləri” mövzusunda təqdim etdiyi dissertasiya işinə rəsmi opponentləri təyin edilmişdir: Dissertasiya Şurasının üzvü tarix üzrə elmlər doktoru, professor Sevinc İsrafil qızı Əliyeva (Azərbaycan Dövlət Pedaqoji Universiteti), tarix üzrə elmlər doktoru Telman Nüsrət oğlu Quliyev (Xəzər Universiteti), tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Əbülfət qızı İmanova (Azərbaycan Dillər Universiteti).