ED.2.20 Dissertasiya Şurası

Dissertasiya Şurası

 

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının 28 dekabr 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş, 21 yanvar 2019-cu il  F-13 nömrəli, 15 mart 2021-cu il  F-78 nömrəli, 28 yanvar 2022-ci il tarixli F-11 nömrəli, əmrləri ilə əlavə və dəyişikliklər edilmiş tarix üzrə elmlər doktoru və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən ED.2.20 Dissertasiya Şurası fəaliyyət göstərir. Dissertasiya Şurasının 14 nəfər üzvü var (hər iki ixtisas üzrə 7 nəfər olmaqla), onlardan 11 nəfəri  elmlər doktoru (1 nəfər – AMEA-dan, 1 nəfər – ADPU-dan, 1 nəfər – SDU-dən, 1 nəfər – ARPİİYSSA-dən), 3 nəfər fəlsəfə doktorudur.

 

ED.2.20 Dissertasiya Şurasının tərkibi:

 

5502.01 - “Ümumi tarix” ixtisası üzrə

  1. Hüseynova Lalə Cavid qızı (sədr müavini) – Tarix elmləri doktoru
  2. Əliyeva Sevinc İsrafil qızı – Tarix elmləri doktoru, dosent
  3. Hətəmov Rövşən Qabil oğlu – Tarix üzrə fəlsəfə doktoru, dosent
  4. Hüseynov Rauf Əlişiroviç - Tarix elmləri doktoru
  5. Qasımlı Musa Cəfər oğlu - AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor
  6. Mustafayeva Sitarə Oruc qızı - Tarix üzrə fəlsəfə doktoru, dosent
  7. Səlimov Şirxan Dadaş oğlu - Tarix elmləri doktoru, professor

 

5503.02 – “Vətən tarixi” ixtisası üzrə

  1. Zeynalov İbrahim Xudaverdi oğlu (sədr) - Tarix elmləri doktoru, professor
  2. Nəcəfova Kəmalə Telman qızı (elmi katib) - Tarix üzrə fəlsəfə doktoru, dosent
  3. Baxşəliyev Fazil Eynulla oğlu - Tarix elmləri doktoru, dosent
  4. Baxşəliyev Tahir Şamil oğlu - Tarix elmləri doktoru, professor
  5. Hüseynova İradə Hüseynqulu qızı - Tarix elmləri doktoru, professor
  6. Mehdiyeva Nisbət Canməmməd qızı - Tarix elmləri doktoru, professor
  7. Muxtarova Əsməd İmamməmməd qızı - Tarix elmləri doktoru, professor

 

Dissertasiya Şurasının fəaliyyəti və müdafiələrin vəziyyəti

 

Dissertasiya Şurasına işləri daxil olmuş 27 nəfər iddiaçıdan 1 nəfər müdafiə etmişdir, 2 nəfərəin müdafiə tarixi müəyyən olunmuşdur. Növbədə 24 nəfər var. Onlardan 1 nəfər öz xahişi ilə dissertasiya işini geri götürüb, 4 nəfərin dissertasiya işi ixtisas şifrəsi uyğun gəlmədiyi üçün AMEA-nın nəzdində DŞ-na göndərilib, 9 nəfərin dissertasiya işi Elmi seminardan keçib müdafiəyə təqdim olunmuşdur. 2 nəfər xarici ölkə vətəndaşıdır (Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası).

9 mart 2022-ci ildə Bakı Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dissertantı Aidə Rəhim qızı Bağırovanın 5502.01. – “Ümumi tarix” ixtisasında tarix üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İraqın xarici siyasəti beynəlxalq münasibətlər kontekstində (1970-2010-cu illər)” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrasının dissertantı Şəbnəm Şaiq qızı Cəfərovanın və Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının doktorantı Yücel Cevdet oğlu Karauzun dissertasiya işlərinə rəsmi opponentlər təyin edilmişdir.

Dissertasiya Şurasının Elmi seminarının fəaliyyəti

 

Dissertasiya Şurasının 5502.01 - “Ümumi tarix” və 5503.02 – “Vətən tarixi” ixtisasları üzrə Elmi Seminarlarının  18 nəfər (hər birində 9 nəfər olmaqla) üzvü var. Onlardan 7 nəfəri elmlər doktorudurlar (1 nəfər – AMEA-dan, 1 nəfər – SDU-dən, 1 nəfər – ARPİİYSSA-dən).

Elmi seminarın tərkibi:

  • - “Ümumi tarix” ixtisası üzrə
  1. Hüseynova Lalə Cavid qızı (sədr) - Tarix elmləri doktoru
  2. Lətifova Elvira Məhəmməd qızı (katib) - Tarix üzrə fəlsəfə doktoru, dosent
  3. Əliyeva – Məmmədova Günel Sə\daqət qızı - Tarix üzrə fəlsəfə doktoru
  4. Baxışov Məmmədağa Ələkbər oğlu - Tarix üzrə fəlsəfə doktoru, dosent          
  5. Davudov Qismət Şahbala oğlu - Tarix üzrə fəlsəfə doktoru, dosent          
  6. Fərzəliyev Şahin Fazil oğlu - Tarix elmləri doktoru, professor
  7. Həsənalıyev Zeynalabdın Mədət oğlu - Tarix elmləri doktoru, professor
  8. Məmmədov Habil Nurkişi oğlu - Tarix elmləri doktoru, professor
  9. Ruintən Sevinc Fərrux qızı - Tarix üzrə fəlsəfə doktoru, dosent

 

  • – “Vətən tarixi” ixtisası üzrə
  1. Baxşəliyev Fazil Eynulla oğlu (sədr) - Tarix elmləri doktoru, dosent
  2. Qasımova Sevinc Binyət qızı (katib) - Tarix üzrə fəlsəfə doktoru, dosent
  3. Abdullayev Mehman Qəhrəman oğlu - Tarix üzrə fəlsəfə doktoru, dosent          
  4. Əliyeva Lətifə Ağaqasım qızı - Tarix elmləri doktoru
  5. Hüseynova Sevda Bəhman qızı - Tarix üzrə fəlsəfə doktoru, dosent
  6. Nəbiyev Bəxtiyar Eyvaz oğlu - Tarix üzrə fəlsəfə doktoru, dosent
  7. Rzayev Azad Əhmədağa oğlu - Tarix üzrə fəlsəfə doktoru, dosent
  8. Rüstəmova Cəmilə Yaşar qızı - Tarix elmləri doktoru, dosent
  9. Şəbiyev Bəymirzə Şabı oğlu - Tarix üzrə fəlsəfə doktoru, dosent

 

2021-ci ildə ED 2.20 Dissertasiya Şurasının 5502.01 - “Ümumi tarix” ixtisası üzrə Elmi seminarın 3 iclası keçirilib.

1) 30 iyun 2021-ci ildə Dissertasiya Şurası yanında Elmi seminarın ilk iclasında  iddiaçı Aidə Rəhim qızı Bağırovanın “İraqın xarici siyasəti beynəlxalq münasibətlər kontekstində (1970-2010-cu illər)”  mövzusunda yazdığı və tarix üzrə elmlər doktoru elmi dərəcəsini    almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilmiş, iddiaçının işi müdafiəyə buraxılsın.

2) 26 noyabr 2021-ci ildə iddiaçı Şəbnəm Şaiq qızı Cəfərovanın “Türkiyə və Azərbaycanın ortaq milli maraqları kontekstində “Erməni məsələsi” mövzusunda və Yücel Cevdet oğlu Karauzun “Birinci Dünya müharibəsi illərində Azərbaycandakı türk əsirləri” adlı tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiyaları müzakirə edilmiş və hər iki iddiaçının işinin müdafiəyəyə buraxlması haqqında qərar verilmişdir.

3) 24 dekabr 2021-ci ildə iki nəfər iddiaçılardan Elgün Söhbət oğlu  Qəhrəmanovun “Türkiyə-Rusiya siyasi münasibətləri (1991-2013-cü illər), Ülkər Kərim qızı Məmmədzadənin “Azərbaycan Respublikasının Qafqazda lider dövlətə çevrilməsində İlham Əliyevin rolu” mövzusunda tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün təqdim etdikləri dissertasiyalarının müzakirəsi keçirildi və qərara alındı ki, hər iki iş müdafiəyə buraxılsın.

2021-ci ildə 5503.02 – “Vətən tarixi” ixtisası üzrə Elmi seminarın 2 iclası keçirilib.

  • 29 iyun 2021-ci ildə Müdafiə Şurası yanında Elmi seminarın ilk iclasında İddiaçı Xalidə Habil qızı İbrahimova “SSRİ-nin milli siyasətində Azərbaycan məsələsi(1941-1945)”  mövzusunda seminarı müzakirə edilib. Qərara alınıb ki, iddiaçı qısa müddətdə düzəliş edərək opponentlərin yenidən rəyi verilməklə müzakirəyə təqdim edilsin.
  • 10 noyabr 2021-ci ildə iddiaçı Samir Qasım oğlu Məhərrəmovun “1920-1927-ci illər Azərbaycan SSR-nin iqtisadi vəziyyəti ” adlı mövzusunun ilkin müzakirəsi ilə 10 gün müddətinə düzəlişlərlə təqdim edilməsi qərara alındı və növbəti iclasda opponentlərin yeni rəylərinə əsasən müdafiəyə buraxıldı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlaqə
AZ 1148, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 23, BDU, yeni saylı Tədris binası, 8-ci mərtəbə,
Tel.: (012) 5391068 Fax.: (+9942 12)598 33 76 info@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət