“Məmmədəli Hüseynovun daş dövrü arxeologiyasına verdiyi töhfələr” mövzusunda beynəlxalq elmi konfrans
Bakı Dövlət Universitetində Tarix fakültəsinin təşkilatçılığı ilə görkəmli arxeoloq-alim Məmmədəli Hüseynovun 100 illik yubileyinə həsr olunmuş “Məmmədəli Hüseynovun daş dövrü arxeologiyasına verdiyi töhfələr” mövzusunda Beynəlxalq elmi konfrans 5-6 dekabr 2022-ci il tarixdə keçiriləcək.
Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.
Mühüm tarixlər:
Tezislərin göndərilməsi üçün son tarix – 5 oktyabr 2022
Konfransın keçirilmə tarixi – əlavə məlumat veriləcəkdir.
Mövzular:
- Professor Məmmədəli Hüseynovun elmi irsi
- Daş dövrü arxeologiyası
- Qafqazın paleoantropologiyası
- Geoarxeologiya
- Azərbaycan tarixinin nəzəri məsələləri
- İşğaldan azad edilən ərazilərin tarixi maddi-mədəniyyət abidələri və onların bərpası məsələsi
Tezisin tərtibi qaydaları:
Tezislər Azərbaycan, rus və ingilis dillərində qəbul edilir.
Başlığın hamısı böyük hərflərlə tünd rəngdə (Bold) mərkəzdə yazılmalıdır;
Başlığının altında mərkəzdə müəllifin və rəyçinin adı, soyadı tünd rəngdə (Bold), fakültəsi, akademik və elektron poçt ünvanı göstərilməlidir;
Ədəbiyyat və internet resursları məqalənin sonunda verilir. Mətndə istinadlar məzmundan asılı olaraq kodlaşma sistemi ilə verilə bilər. Məsələn, [1, səh. 8].
Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1;
Həcm: 1-2 səhifə (500 söz);
Açar sözlər: Azərbaycan, rus və ingilis dillərində
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq
master_tarix@bsu.edu.az
Əlaqə: 012-538-22-93
Hörmətlə, Təşkilat Komitəsi