Azərbaycanın maddi mədəniyyəti tarixi ETL 1989-cu ildə yaradılmışdır. ETL-ə 1989-2017-ci illərdə prof. Arif Mustafayev rəhbərlik etmişdir. 2001-ci ildə Tarix fakültəsinin nəzdində «Azərbaycanşünaslıq» Elmi-Tədqiqat Mərkəzi yaradılmış və ETL "Arxeologiya və etnoqrafiya" bölməsi kimi onun tərkibinə daxil edilmişdir. 2010-cu ildən ETL Arxeologiya və etnoqrafiya kafedrasının nəzdində fəaliyyət göstərir.
ETL-in elmi istiqaməti Azərbaycanın maddi mədəniyyət tarixinin tədqiqidir.
Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyası Arxeologiya və Etnoqrafiya ixtisası üzrə mütəxəssislərin iştirakı ilə elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirir.
Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyasının məqsədi elmi araşdırmalar aparmaq, nəzəri və praktiki əhəmiyyət kəsb edən aktual problemlərin təhlili, laboratoriyada tədqiqatların təşkili və yeniləşdirilməsinin təmin edilməsi, alınan elmi nəticələrin universitet fəaliyyətinə daxil edilməsidir.
Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyası əsas vəzifəsi BDU-nun müvafiq fakültə və kafedralar arasında tədrislə bağlı sıx əlaqə yaratmaq;
Laboratoriyanın ixtisasına uyğun müəyyən edilmiş istiqamətlər üzrə fundamental, tətbiqi və axtarış tədqiqatlarını aparmaqdır.
Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyası professor-müəllim heyətini, doktorantları, magistrantları və ali məktəb tələbələrini elmi-tədqiqat işlərinə geniş cəlb edir.
Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyası AMEA-nın müvafiq institutları ilə əməkdaşlıq edir və birgə tədqiqatlarda çalışırlar.
ETL-in rəhbərliyi ilə Azərbaycanın müxtəlif bölgələrinə bir neçə etnoqrafik səfər təşkil edilmişdir. «Azərbaycanın maddi mədəniyyət tarixi» adlı iki cilddən ibarət monoqrafik çapdan çıxıb.
Qasımova Nigarxanım Əli q - elmi isçi
Məmmədov İlham Cəlal oğlu - elmi işçi
Bağırov Elşad Altay oğlu.- böyük laborant
Hüseynov Zaur İbad o.- böyük laborant
Abdullayeva Yeganə Mehdi qızı - böyük laborant
Ağayeva Aidə Məmmədağa qızı - böyük laborant
Cəfərli Xaqani Allahverdi o - böyük laborant
Abbasova Arzu Abuzər q.- bərpaçi
Kamalə Qırxlarova- böyük laborant
Cəfərov Anar Rəhman o.- laborant
ETL-in ünvanı; Akademik Zahid Xəlilov küçəsi: 23 , Index AZ 1148 , BDU 3-cü tədris binası;
Əlaqə telefonu: (+99412) 537-04-61