AZƏRBAYCANIN MADDİ MƏDƏNİYYƏTİ TARİXİ ETL

Azərbaycanın maddi mədəniyyəti tarixi ETL-I 1989-cu ildə yaradılmışdır. ETL-ə 1989-2017-ci illərdə prof. Arif Mustafayev rəhbərlik etmişdir. 2001-ci ildə Tarix fakültəsinin nəzdində «Azərbaycanşünaslıq» Elmi-Tədqiqat Mərkəzi yaradılmış və ETL "Arxeologiya və etnoqrafiya" bölməsi kimi onun tərkibinə daxil edilmişdir. 2010-cu ildən ETL Arxeologiya və etnoqrafiya kafedrasının nəzdində fəaliyyət göstərir.

ETL-in elmi istiqaməti Azərbaycanın maddi mədəniyyət tarixinin tədqiqidir.

Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyası Arxeologiya və Etnoqrafiya ixtisası üzrə mütəxəssislərin iştirakı ilə elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirir.

Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyasının məqsədi elmi araşdırmalar aparmaq, nəzəri və praktiki əhəmiyyət kəsb edən aktual problemlərin təhlili, laboratoriyada tədqiqatların təşkili və yeniləşdirilməsinin təmin edilməsi, alınan elmi nəticələrin universitet fəaliyyətinə daxil edilməsidir.

Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyası əsas vəzifəsi BDU-nun müvafiq fakültə və kafedralar arasında tədrislə bağlı sıx əlaqə yaratmaq;

Laboratoriyanın ixtisasına uyğun müəyyən edilmiş istiqamətlər üzrə fundamental, tətbiqi və axtarış  tədqiqatlarını aparmaqdır.

Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyası professor-müəllim heyətini, doktorantları, magistrantları və ali məktəb tələbələrini elmi-tədqiqat işlərinə geniş cəlb edir.

Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyası AMEA-nın müvafiq institutları ilə əməkdaşlıq edir və birgə tədqiqatlarda çalışırlar.

ETL-in rəhbərliyi ilə Azərbaycanın müxtəlif bölgələrinə bir neçə etnoqrafik səfər təşkil edilmişdir. «Azərbaycanın maddi mədəniyyət tarixi» adlı iki cilddən ibarət monoqrafik çapdan çıxıb.

Qasımova Nigarxanım Əli q - elmi isçi

Məmmədov İlham Cəlal oğlu - elmi işçi

Kamalə Qırxlarova- böyük laborant

Bağırov Elşad Altay oğlu.- böyük laborant

Hüseynov Zaur İbad o.- böyük laborant

Abdullayeva Yeganə Mehdi qızı - böyük laborant

Ağayeva Aidə Məmmədağa qızı - böyük laborant

Cəfərli Xaqani Allahverdi o - böyük laborant

Abbasova Arzu Abuzər q.- bərpaçi

Cəfərov Anar Rəhman o.- laborant

Əlaqə
AZ 1148, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 23, BDU, yeni saylı Tədris binası, 8-ci mərtəbə,
Tel.: (012) 5391068 Fax.: (+9942 12)598 33 76 info@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət