Hesabat ilində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mingəçevir Dövlət Universiteti ilə “1918-ci il mart soyqırımının tarixşünaslığı” mövzusunda (məruzəçi: professor Anar İsgəndərov, 28 oktyabr 2021 –ci il) universitetlərarası, BDU-nun Qazax filialı ilə “Azərbaycan tarixinin aktual elmi problemləri, onların tədqiqi və tədrisi məsələləri” mövzusunda (məruzəçi: dosent Kəmalə Nəcəfova, 18 mart 2021-ci il) onlayn formatda birgə elmi tədbiləri olmuşdur.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi fond və ekspozisiya şöbəsinin müdiri, t.ü.f.d. Fərhad Quliyevin “Müasir arxeologiya elminin yeni çağrişlari (arxeometrik tədqiqatlar)” mövzusunda (29 aprel 2021-ci il) BDU-nun tələbə, magistr və gənc tədqiqatçıları üçün onlayn formatda ustad dərsi təşkil olunmuşdur.
Bundan başqa, Tarix fakültəsi AMEA-nın Tarix İnstitutunun “Əhali tarixi və tarixi-demoqrafiya”, “Qafqaz tarixi”, “Azərbaycan-Rusiya əlaqələri tarixi”, “Əliyevşünaslıq”, “Ümumi tarix şöbəsi” şöbələri ilə
- AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə
- AMEA-nın Arxeologiya və etnoqrafiya İnstitutu ilə
- Bakı Dövlət Universitetinin Qazax filialı ilə
- Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin Tarix fakültəsi ilə
- Azərbaycan Dövlət Neft və Sənaye Unuversitetinin Tarix kafedrası ilə
- Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının Tarix kafedrası ilə
- Gəncə Dövlət Universitetinin Tarix fakültəsi ilə
- Lənkəran Dövlət Universitetinin Tarix fakültəsi ilə
- Mingəçevir Dövlət Universitetinin Tarix fakültəsi ilə
- Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq edir.