Bakı Dövlət Universitetinin Tarix fakültəsində 10 kafedra və 3 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bakalavr pilləsində tələbələr II kursdan etibarən kafedralarda aparılan elmi-tədqiqat işlərinə cəlb olunurlar.
Fakültədə Arxeologiya və etnoqrafiya, Asiya və afrika ölkələri tarixi, Azərbaycan tarixi (humanitar fakültələr üzrə), Azərbaycan tarixi (təbiət fakültələri üzrə), Mənbəşünaslig, tarixşünasliq və metodikası,Avropa və amerika ölkələrinin yeni və müasir tarixi, Qədim dünya və orta əsrlər tarixi, Slavyan ölkələri tarixi, Türk xalqları tarixi, Qafqaz xalqları tarixi kafedraları fəaliyyət göstərir.
BDU-nun Tarix fakültəsində hazırda 4 ixtisas üzrə - Tarix, Tarix müəllimliyi, Regionşünaslıq (Qafqaz üzrə), Regionşünaslıq (Amerika üzrə) mütəxəssis hazırlığı həyata keçirilir.