Məmmədov Aydın Balamirzə oğlu

Məmmədov Aydın Balamirzə oğlu

Məmmədov Aydın Balamirzə oğlu

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

Tel.: ( +994 12) 439 11 17

QISA BİOQRAFİK MƏLUMAT

  • 1967-ci il noyabrın 21-də Sumqayıt şəhərində anadan olmuşdur.
  • 1975-1983-cü illərdə Sumqayıt şəhər 10 saylı tam orta məktəbdə təhsil almışdır.
  • 1987-1989-cu illərdə orduda xidmət etmişdir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏSİ 

  • 1983-1987-ci illərdə M.Ə.Sabir adına Bakı Pedagoji məktəbində təhsil almışdır və oranı fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1989- 1994 cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır və oranı fərqləmə diplomu ilə bitirmişdir. Universitetdə əla qiymətlərlə oxuduğuna görə A.Bakıxanov adına təqaüdə layiq görülmüşdür.
  • 2006-2011-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının üzrə dissertanturada təhsil almışdır.
  • 2013-cü ildə "XIX əsrin sonu XX əsrin əvvəllərində Almaniyanın Türkiyə siyasətinin tarixşünaslığı" mövzusu üzrə dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
  • Aydın Məmmədov 2020-ci il 27 fevral tarixindən Tarix fakültəsi, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının 5509.01 – “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” ixtisası üzrə elmlər doktoru proqramı üzrə qiyabi doktorantıdır, “XX əsrin II yarısı – XXI əsrin əvvəllərində Azərbaycan və Rusiya tarixşünaslığında tarixi demoqrafiyanın aktual məsələləri” mövzusunda dissertasiya işi üzərində tədqiqat aparır.

ƏMƏK FƏALİYYƏTİ

  • 1994-1997-cü illərində Sumqayıt Dövlət Universitetində, müxtəlif hazırlıq kurslarında əmək fəaliyyəti ilə məşğul olub
  • 2001-ci ildən indiyə kimi Bakı Dövlət Universitetinin tarix fakültəsində  müəllim işləmişdir.
  • 2019-cu ildən Bakı Dövlət Universitetinin Tarix fakultəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosentidir.
  • “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmuşdur.

TƏDQİQAT SAHƏSİ

  • XX əsrin II yarısı – XXI əsrin əvvəllərində Azərbaycan və Rusiya tarixşünaslığında tarixi demoqrafiyanın aktual məsələləri

TƏDRİS ETDİYİ FƏNLƏR

Bakalavr üzrə:

  • Tarixşünaslıq
  • Mənbəşünaslıq
  • Tarixi demoqrafiya
  • Tarixin tədqiqat metodları
  • Tarixin tədrisi metodikası

Magistratura üzrə:

  • A.Bakıxanov Azərbaycan tarixşünaslığının banisi kimi
  • Mirzə Kazımbəyin tarixi görüşləri
  • Azərbaycanın ictimai-siyasi fikir tarixində milli dövlətçilik məfkurəsi
  • XIX əsrdə Azərbaycanda tarixi fikrin inkişafı
  • Azərbaycan tarixinin öyrənilməsində mənbələrin rolu
  • Tarix elminin tarixi və metodologiyası
  • Azərbaycanda təhsil islahatı və Boloniya sistemi fənnləri üzrə ingiliscə tədris aparır.

 

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİYUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • XIX əsrin sonu — XX əsrin əvvəllərində Almaniyanın Türkiyə siyasətində milli-mənəvi və mədəni dəyərlərdən yararlanmaq cəhdləri// Mədəni müxtəliflik sosial-siyasi, dəyər kimi Kulturoloqların II Milli Forumu Bakı, 2010, s 201–203.
  • Almaniyanın XIX əsrin sonu — XX əsrin əvvəllərində Türkiyə siyasəti və onun tarixşünaslığı // Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: Reallıqlar, perspektivlər: Gənc Tədqiqatçıların 2 fevral — Gənclər Gününə həsr edilmiş ümumrespublika elmi-praktik konfransının materialları Bakı, Azərbaycan Universiteti 2 fevral 2011, s 221–222.
  • Almaniyanın Türkiyədə möhkəmlənmək cəhdlərinin iqtisadi — siyasi kökləri tarixşünaslıq kontekstində // "Qloballaşma şəraitində davamlı inkişafın aktual problemləri" mövzusunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə və müasir Azərbaycan dövlətçiliyinin 93 illiyinə həsr edilmiş Beynəlxalq elmi Konfransın materialları Bakı, Azərbaycan Universiteti 4–5 may 2011-ci il, s 460–461.
  • "Tarix dərslərində şagirdlərin yaddaşının möhkəmləndirilməsində muzeylərin rolu". Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş "Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası" adlı I Respublika elmi konfransı, 20 iyun 2017-ci il, s.141–145.
  • Əhməd Bəy Ağaoğlunun Tədqiqat əsərlərində Tarixi Demoqrafiya Məsələləri. PROCEEDING International Conference on Sustainable Development And Actual Problems of Humanitarian Sciences, May 14-15, 2018, s.469-475.
  • Azərbaycan Xalq Cümhuriyyət dövründə demoqrafik siyasət. Əhməd Bəy Ağaoğlunun əsərlərində qadın və ailə problemlərinə dair tarixi demoqrafiya məsələləri s.377-380 . Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk Parlamenti Respublika 21-23 may 2018-ci il Beynəlxalq Elmi Konfransın Xülasələri s.47
  • Gənc nəslin tarixi yaddaşının formalaşmasında muzeylərin rolu. "İstiqlal" muzeyinin 100 illiyinə həsr olunmuş "Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası" adlı III Respublika elmi konfransı, 2019-cu il, s. 162–166.
  • Azərbaycan xalqının tarixi demoqrafiyasına dair elmi biliklər. Azərbaycanın ictimai-siyasi həyatında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin yeri və rolu. Respublika elmi konfransı. Bakı, 8–9 oktyabr 2019-cu il.
  • İkinci dünya müharibəsinin Azərbaycanda əhalinin sosial-iqtisadi və demoqrafik vəziyyətinə təsiri // BDU Tarix fakültəsi, “Azərbaycan II Dünya müharibəsi illərində” mövzusunda Beynəlxalq Elmi konfrans, 22 iyun 2020.
  • Azərbaycanın orta çağ tarixinə dair XX əsrin ikinci yarısı tarixşünaslığında tarixi demoqrafiya məsələləri. "Ortaçağ Azərbaycan tarixinin aktual problemləri" mövzusunda Respublika elmi-praktik konfransı, Qərbi Kaspi Universiteti, 20 fevral 2021-ci il.
  • Azərbaycanın XX əsrin ikinci yarısı tarixşünaslığında tarixi demoqrafiya məsələləri. Humanitar və ictimai elmlər üzrə III Beynəlxalq Elmi konfrans, 6 aprel, 2021-ci il.
  • XX əsrin ikinci yarısı Azərbaycan tarixçilərinin tədqiqat əsərlərində tarixi demoqrafiya məsələləri. Gənc tədqiqatçıların IV respublika elmi-praktik konfransının materialları, 9 aprel 2021-ci il.
  • Nizami Gəncəvinin yaradıcılığında təbii amillərin əhali məskunlaşmasına təsiri ilə bağlı demoqrafik baxışları. PROCEEDING International Conference on Works by Nizami Ganjavi as a literary and historical source, May 7, 2021, Baku, s.82–85.
  • Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin əhali məskunlaşması və artımına dair tarixi demoqrafik baxışları // Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda” mövzusunda Respublika elmi konfransı, 26-27 may 2021-ci il.
  • Muzeydə xalqımızın nəsil artımı ilə bağlı qədim adət, mərasim və inanclarını əks etdirən eksponatlar əsasında tarixi-demoqrafik bilgilərin öyrədilməsi // Muzey – XXI əsrdə: Klassikliklə interaktivliyin nisbəti problemləri. Beynəlxalq Elmi Konfrans, 25 oktyabr 2021-ci il.
  • XX əsrin ikinci yarısı azərbaycan tarixçilərinin ibtidai cəmiyyətə dair tədqiqat əsərlərində tarixi demoqrafiya məsələləri; 2. Azərbaycan xalçalarındakı naxışlarda tarixi demoqrafiya elementləri // “Müstəqilliyin 30 illiyi: Tarixşünaslıq və mənbəşünaslıq elminin uğurları və perspektivləri” mövzusunda. Respublika elmi konfransı, 17-19 noyabr 2021-ci il.
  • Nizami Gəncəvinin yaradıcılığında ailə modeli ilə bağlı tarixi-demoqrafik baxışlar // Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi: sələflər və xələflər – Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” elmi-nəzəri konfransı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 22 noyabr 2021-ci il.
  • XX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığında ibtidai cəmiyyətə dair tədqiqat əsərlərində əhali məskunlaşması məsələləri // I Beynəlxalq Humanitar və İctimai Elmlərin Əsasları Konfransı, Bakı, 24 dekabr 2021-ci il.

 

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Almaniyanın Osmanlı imperiyasına müdaxiləsinin iqtisadi-siyasi köklər alman - rus tarixşünaslığın kontekstində // Tarix və Onun problemləri, № 3, 2006
  • XIX əsrin sonu XX əsrin əvvələrində Almaniyanın Türkiyəyə müdaxiləsi və alman-ingilis ziddiyyətləri rus - alman tarixşünaslığında // ADPU "Xəbərlər" Humanitar elmlər seriyası № 1, 2004
  • Попытки усиления Германии в Турции в конце XIX начале XX века на материалах русской и германской историографии // Межкультурные коммуникации. Тбилиси, № 8. 2009. с.107-116
  • XIX əsrin sonu - XX əsrin əvvəllərində Almaniyanın Türkiyəyə dair bank - kredit siyasəti alman və rus tarixşünaslığında // Tarix və Onun problemləri Bakı, 2013 № 2 s.346-351
  • Историография банковско - кредитной политики Германии в Турции в конце XIX - начале XX века // Гилея. Научный вестник - Сборник научных статей по истории, философии и права Украинской Академии Наук. Киев, 2014 г. выпуск 83 (№4) стр 131 - 134.
  • Azərbaycan xalqının qədim inancları tarixi tədqiqatlarda. Tarix və onun problemləri N3 səh.267-272, 2015
  • Tarix fənninin tədrisində incəsənətlə tərbiyə BDU-nun Xəbərləri humanitar seriyası N3, səh.123-128, 2015.
  • ABŞ Tarixinin Tarixşünaslığı fənninin proqramı. Bakı 2016.
  • Программа Историографии по истории США., БГУ, 2016.
  • Şeyxülislamlığın Tarixi. Bakı-2016 .tarixi mənbələrini tərcümə etmişdir.
  • Xalqımızın Novruz Bayranı ilə bağlı inancları. Tarix və Onun problemləri N2, 2016. səh.327-331.
  • Историческая Демография dərs vəsaiti, həmmüəllif. Bakı, 2017.
  • Культ Солнца в доисламской системе верований Азербайджанского народа. Akademik Tarih ve Düşünce Dergisi, Uluslararası Hakemi Dergi Cilt:IV/sayı:XI/Mayıs/MMXVII, Ankara Universiteti. 2017 s.200-209
  • Azərbaycan xalqının Günəş kultuna dair inancları. Tarix və Onun Problemləri №1, Bakı 2017
  • Azərbaycan xalqının qədim inanc, adət və mərasimlərində demoqrafik baxışlar. Tarix və Onun Problemləri №1, 2018, 344 - 349
  • Azərbaycan Xalqının Daşla Bağlı İnanclarında Tarixi Demoqrafiya Məsələləri. GeoStrategiya № 02 (44) mart-aprel, 2018 il, s. 37-40
  • Azərbaycan Xalq Cümhuriyyəti Xadimlərinin əsərlərində tarixi demoqrafik baxışlar. Tarix və Onun Problemləri № 2. 2018. s. 51-57
  • Историография истории США. Учебное Пособие по специальности 050211 Регионоведение (американистика). Баку. 2018 həmmüəllif
  • Tarixi demoqrafiya proqramı // Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrası Bakalavr seviyyəsi üçün Tarix fakültəsinin Tarixçi - 050206 üzrə İPF-B01. Bakı. 2018
  • Azərbaycan xalqının qədim ailə institutu milli adət və inanclar sistemində //AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Elmi Əsərlər N1(6), 2018. s. 80-87
  • Azərbaycan xalqının Günəşlə bağlı folklor nümunələrində tarixi demoqrafiya məsələləri. //AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Elmi Əsərlər N2(7), 2018. s. 18-23.
  • Azərbaycan Xalqının Təbiətlə bağlı inanclarında tarixi Demoqrafiya məsələlərinin tədqiqi // Tarix və Onun problemləri, N3, 2018, s, 316-321
  • İbn Xəldunun tarixi-demoqrafik baxışları. Tarix və Onun Problemləri. N4, 2018. s.269-272.
  • Azərbaycan tarixşünaslığında xalqımızın islamqədərki dəfn mərasimlərində tarixi demoqrafik məsələlərin tədqiqi. BDU-Xəbərləi (humanitar seriyası) N3, 2018, s.78-85
  • Tarixi demoqrafiyanın aktual məsələlərinə dair. Tarix və onun problemləri №1, 2019. s.269-275.
  • Tarixi Demoqrafiya. Bakı, 2019 dərslik
  • İbn Sinanın tarixi-demoqrafik baxışları, Tarix və Onun Problemləri, N2, 2019, s.382-386
  • Azərbaycan xalqının ağac və bitkilərlə bağlı qədim inanc, adət və mərasimlərində demoqrafik baxışlar."Folkloüşünaslıq" beynəlxalq elmi-nəzəri jurnal, 2019. s.37-43.
  • Antik dövr mütəfəkkir və alimlərinin demoqrafik baxışları. Tarix və Onun Problemləri, 2019, N3, s.357-361.
  • Azərbaycanın 20-30-cu illər tarixşünaslığında tarixi demoqrafiya məsələləri. Tarix və Onun Problemləri, 2019, N4, s.270-275.
  • Azərbaycanın 20-30-cu illər tarixşünaslığında tarixi demoqrafiya məsələləri. Bakı Universitetinin xəbərləri (humanitar elmlər seriyası), №3, 2019, s.109-116.
  • Azərbaycanın qədim və orta əsrlər şəhər və əhalisi tarixi mənbələrdə. Bakı Universitetinin xəbərləri (humanitar elmlər seriyası), №2, 2019, s.101-106.
  • Azərbaycan folklorunda ana ilə bağlı nümunələrdə tarixi-demoqrafiya məsələləri. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Elmi Əsərlər N1 (10) yanvar-iyun, 2020. s. 36–41.
  • XIX əsrdə Azərbaycanda cərəyan edən siyasi proseslərin demoqrafik vəziyyətə təsiri. Dünya azərbaycanlıları: tarix və müasirlik (elmi-nəzəri toplu), VII buraxılış, Bakı, "Füyuzat", 2020, s.91–97.
  • Azərbaycan xalqının Vətənin müdafiəsi və ananın yenilməzliyi ilə bağlı inanclar sistemində tarixi demoqrafiya məsələləri. Dünya azərbaycanlıları: tarix və müasirlik (elmi-nəzəri toplu), VII buraxılış, Bakı, "Füyuzat", 2020, s. 141–148.
  • Azərbaycan xalqının daşla bağlı inanclarında şəhid ruhlarına ehtiram və nəsil artımı ilə bağlı tarixi demoqrafik baxışlar. Tarix və Onun Problemləri, Bakı, 2020, Xüsusi buraxılış, s.113–119.
  • Azərbaycan 40–50-ci illər tarixşünaslığında tarixi demoqrafiya məsələləri. Tarix və Onun Problemləri, 2021, N1, s.165–168.
  • Azərbaycanın XX əsrin ikinci yarısı tarixşünaslığında tarixi demoqrafiya məsələləri. Humanitar və ictimai elmlər üzrə III Beynəlxalq Elmi konfransın materialları, Bakı, 2021, s.16–22.
  • Dahi Azərbaycan şairi Nizami Gəncəvinin ailə modeli və nəsil artımı ilə bağlı tarixi demoqrafik baxışları. Tarix və Onun Problemləri, 2021, N2, s.257–261.
  • Study of historical demographic issues in pre-Islamic funeral ceremonies of Turkic peoples in Azerbaijani historiography. Akademik Tarih ve Düşünce Dergisi, Cilt:8/sayı:2/Haziran, Ankara, 2021, s. 481–494.
  • Nizami Gəncəvinin əsərlərində ətraf mühit, təbii-coğrafi amillər və məskunlaşma problemləri. İpək yolu, No.2, 2021, s.5-12.
  • Azərbaycan 60–70-ci illər tarixşünaslığında tarixi demoqrafiya məsələləri. Tarix və Onun Problemləri, 2021, N3, s.212-117.
  • “Kitabi-Dədə Qorqud” eposunda Azərbaycan xalqının əhali artımı ilə bağlı tarixi-demoqrafik baxışları. Dədə Qorqud dünyası elmi-nəzəri jurnal, №1 (3), 2021, s.71-80.
  • К символике орнамента на азербайджанских коврах. İrs-Наследие, №110, 2021, стр.40-44.
  • XX əsrin İkinci Yarısı Azərbaycan və Rusiya tarixçilərinin ibtidai cəmiyyətdə məskunlaşma və ona təsir edən amilərlə bağlı tədqiqat əsərlərində tarixi demoqrafiya məsələləri // Tarix və Onun problemləri N4, 2021 s 254-262.
  • XX əsrin ikinci yarısı Azərbaycan tarixçilərinin orta əsrlər dövrünə dair tədqiqat əsərlərində tarixi demoqrafiya məsələləri. Dünya azərbaycanlıları: tarix və müasirlik (elmi-nəzəri toplu), VIII buraxılış, Bakı, "Füyuzat", 2021, 160 s. s.91-99.
  • XX əsrin ikinci yarısı – XXI əsrin əvvəllərində Azərbaycan tarixçilərinin 1918-ci ilin mart soyqırımları ilə bağlı tədqiqat əsərlərində tarixi demoqrafiya məsələləri. Tarix və Onun Problemləri, 2022, N1, s.52-61.
  • XX əsrin ikinci yarısı – XXI əsrin əvvəlləri Azərbaycan və Rusiya tarixçilərinin orta əsrlər dövrünə dair tədqiqat əsərlərində tarixi demoqrafiya məsələləri. Tarix, insan və cəmiyyət, 1 (34), 2022, s.21–32.

Kitabları

  • Искендеров А., Мамедов А. Историческая демография. Баку, 2017.
  • Мамедов А., Халилзаде А. Историография истории США. Учебное пособие по специальности 050211 Регионоведение (американистика). Баку, 2018.
  • Aydın Məmmədov. Tarixi demoqrafiya. Dərslik. Bakı, 2019.
Əlaqə
AZ 1148, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 23, BDU, yeni saylı Tədris binası, 8-ci mərtəbə,
Tel.: (012) 5391068 Fax.: (+9942 12)598 33 76 info@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət