28 oktyabr 2021 –ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mingəçevir Dövlət Universiteti ilə “1918-ci il mart soyqırımının tarixşünaslığı” mövzusunda (məruzəçi: professor Anar İsgəndərov) onlayn formatda universitetlərarası birgə elmi tədbir olmuşdur.
18 mart 2021-ci ildə BDU-nun Qazax filialı ilə “Azərbaycan tarixinin aktual elmi problemləri, onların tədqiqi və tədrisi məsələləri” mövzusunda (məruzəçi: dosent Kəmalə Nəcəfova) onlayn formatda universitetlərarası birgə elmi tədbir olmuşdur.
29 aprel 2021-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi fond və ekspozisiya şöbəsinin müdiri, t.ü.f.d. Fərhad Quliyevin “Müasir arxeologiya elminin yeni çağrişlari (arxeometrik tədqiqatlar)” mövzusunda BDU-nun tələbə, magistr və gənc tədqiqatçıları üçün onlayn formatda ustad dərsi təşkil olunmuşdur.
Bundan başqa, Tarix fakültəsi AMEA-nın Tarix İnstitutunun “Əhali tarixi və tarixi-demoqrafiya”, “Qafqaz tarixi”, “Azərbaycan-Rusiya əlaqələri tarixi”, “Əliyevşünaslıq”, “Ümumi tarix şöbəsi” şöbələri ilə
- AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə
- AMEA-nın Arxeologiya və etnoqrafiya İnstitutu ilə
- Bakı Dövlət Universitetinin Qazax filialı ilə
- Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin Tarix fakültəsi ilə
- Azərbaycan Dövlət Neft və Sənaye Unuversitetinin Tarix kafedrası ilə
- Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının Tarix kafedrası ilə
- Gəncə Dövlət Universitetinin Tarix fakültəsi ilə
- Lənkəran Dövlət Universitetinin Tarix fakültəsi ilə
- Mingəçevir Dövlət Universitetinin Tarix fakültəsi ilə
- Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq edir.