Tarix fakültəsinin tələbələri universitetdə təhsil aldıqları müddətdə öz şəxsi bacarıq və qabiliyyətlərini genişlətməklə birlikdə eyni zamanda asudə vaxtlarını da səmərəli keçirirlər. Bu istiqamətdə tələbələr mütəmadi olaraq Bakı Dövlət Universitetinin tərkibində yerləşən elmi kitabxanada tarixi və bədii kitablar oxuyur, universitetdə fəaliyyət göstərən Psixoloji yardım sektorunda, Mədəniyyət-yaradıcılıq mərkəzində, İdman-sağlamlıq mərkəzində təşkil edilən tədbir və təlimlərdə iştirak edirlər. Bakıda və regionlarda yerləşən tarixi abidələrimiz ziyarət edilir, arxeoloji qazıntılar aparılan ərazilərə ekskursiyalar təşkil edilir. Tələbələrin iştirakı ilə hər il fakültənin futbol komandası ilə mütəmadi məşqlər həyata keçirilərək fakültələrarası futbol çempionatı təşkil edilir. Fakültədə mütəmadi olaraq elmi konfranslar, intellektual oyunlar, yarışlar həyata keçirilir. Tarix fakültəsinin tələbələri bütün bu imkanlardan geniş istifadə edərək fakültənin sosial-ictimai həyatında aktiv iştirak edirlər. Eyni zamanda fakültənin professor-müəllim heyəti və əməkdaşları da tələbələrin gələcəyi, inkişafı və vətənpərvərlik ruhunda irəliləmələri üçün sosial tərbiyə yönümlü işlər aparırlar.