Tarix fakültəsi 100 illik tarixi dövründə yüksəkixtisaslı tarixçi kadrlar hazırlayan nüfuzlu təhsil və elm mərkəzinə çevrilmiş, Azərbaycanda elmin və mədəniyyətin inkişafına güclü təkan vermişdir.
Müasir dövrün tələblərinə cavab verən tarixçi kadrların hazırlanması istiqamətində yeni mühüm tədbirlər həyata keçirilmişdi: tarixçi tələbələrin dil və kompüter hazırlığına, nadir ixtisaslar üzrə (tarixi demoqrafiya, mənbəşünaslıq, tarixşünaslıq, muzeyşünaslıq, diyarşünaslıq, etnologiya) mütəxəssislər hazırlanmasına diqqət artırılmış, bu məqsədlə yeni elmi bölmələr, mərkəzlər və kafedralar yaradılmış, Tarix fakültəsinin qəbul planı artırılmışdır.
Tarix fakültəsində hazırlanan kadrlar respublikanın dövlət orqanları, elm və təhsil müəssisələrində uğurla fəaliyyət göstərirlər.
Hazırda fakültədə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:
Bakalavriat
050206 - Tarix
050113 - Tarix müəllimliyi
050211 - Regionşünaslıq (Qafqaz üzrə)
050211 - Regionşünaslıq (Amerika üzrə)
050207 - Antropologiya
Magistratura
060206 - Tarix
Azərbaycanın qədim və orta əsrlər tarixi
Asiya və Afrika ölkələrinin tarixi
Qədim dünya tarixi,
Arxeologiya və etnoqrafiya,
Etnologiya,
Avropa və Amerikanın yeni və ən yeni tarixi,
Türk dünyası tarixi,
Yaxın və Orta Şərqin tarixi,
Orta əsrlər tarixi,
Azərbaycanın yeni və ən yeni tarixi,
Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı,
Slavyan ölkələri tarixi,
Qafqaz xalqlarının tarixi
060111 - Tarix müəllimliyi
Tarix fənninin tədrisi metodikası və metodologiyası
060211 - Regionşünaslıq
Regionşünaslıq (Amerika üzrə),
Regionşünaslıq (Qafqaz üzrə),
Ölkəşünaslıq (İtaliya üzrə),
Ölkəşünaslıq (Türkiyə üzrə),
Ölkəşünaslıq (Polşa üzrə),
Ölkəşünaslıq (Rusiya üzrə),
Ölkəşünaslıq (Ermənistan üzrə)
060207- Antropologiya
Mədəni antropologiya
Antropologiya
Doktorantura
5502.01 – Ümumi tarix
5503.02 – Vətən tarixi
5509.01 – Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları
5503.01 – Ölkələr tarixi
Tarixi coğrafiya
5501.01 – Mədəni antropologiya
5507.01 – Beynəlxalq münasibətlər
5102.01 – Etnoqrafiya və etnologiya
Fakültədə təhsil forması əyanidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır.